“Azeri Light” nefti 68 dollardan baha satılır

2021.03.10 12:05 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,34 dollar ucuzlaşaraq 68,04 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.