Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2021.03.09 18:57 (UTC+04:00)

Martın 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106008888 ISIN kodlu, tədavül müddəti 728 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Nazirlikdən bildirilib ki, həmin dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal ümumi məbləği 204 milyon manat təşkil edib. Nazirlik tərəfindən 75 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 98,5856 (gəlirlilik 7,7772 faiz) səviyyəsində müəyyən edilib.

İstiqrazlar 2023-cü il martın 7-də ödəniləcək.