Aİ şirkətləri pandemiya dövründə Azərbaycan iqtisadiyyatına mənfi təsirlərin minimallaşdırılması ilə bağlı tədbirləri dəstəkləyir

2021.03.09 17:24 (UTC+04:00)

"Avropa İttifaqı Biznes Mühiti Hesabatı 2020” 5-ci nəşrinə əsasən, Avropa İttifaqı (Aİ) şirkətlərinin 75 faizi pandemiya dövründə Azərbaycan iqtisadiyyatına mənfi təsirlərin minimallaşdırılması istiqamətində həyata keçirilən tədbirləri tam dəstəkləyir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, şirkətlərin 55 faizi vergi güzəştləri və fiskal imtiyazlarını, 49 faizi pandemiyanın daha çox təsir etdiyi sahələrdə əməkhaqlarının ödənilməsini, 40 faizi isə inzibati prosedurların rəqəmsallaşdırılmasını yüksək qiymətləndirib.