Cari ildə qlobal iqtisadiyyat 5,6 faiz artacaq

2021.03.09 16:35 (UTC+04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadi artıma dair proqnozunu açıqlayıb.

Təşkilat bu il üzrə qlobal iqtisadiyyatın artım proqnozunu 5,6 faizə yüksəldib. Əvvəlki proqnoz 4,2 faiz idi.

OECD 2022-ci ilə dair qlobal iqtisadi artım proqnozunu 3,7 faizdən 4 faizə yüksəldib.