Aİ şirkətlərinin 80 faizindən çoxu iqtisadi fəaliyyət üçün yenidən ölkəmizi seçmək niyyətini ifadə edib

2021.03.09 14:39 (UTC+04:00)

“Aİ Biznes Mühiti Hesabatı 2020” sənədinin təqdimatı keçirilib.

Bu barədə özünün “Facebook” səhifəsində paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb: “Azərbaycanda təmsil olunan Avropa İttifaqı şirkətlərinin 80 faizindən çoxu iqtisadi fəaliyyət üçün yenidən ölkəmizi seçmək niyyətini ifadə edib. (ötən il 75 faiz təşkil edib). Bu, dövlətimizin artan nüfuzunun daha bir göstəricisidir”.