İordaniyada qanun layihəsinə düzəliş

2018.11.28 13:43 (UTC+04:00)

İordaniya parlamentinin Nümayəndələr Palatası ölkədə may ayından bəri ciddi mübahisələrə səbəb olan gəlir vergisinə aid qanun layihəsini qəbul etmişdir.

Baş nazir Ömər ər-Rəzzaz bildirmişdir ki, üzərində düzəlişlər aparılmış yeni qanun layihəsi gəlirləri yüksək olan insanların yalnız 12 faizinə təsir göstərəcək. Layihəyə görə, 2019-cu ildə illik gəliri 20 min dinardan (28,2 min ABŞ dolları) az olan ailələrin vergidən azad edilməsi qərara alınmışdır. 2020-ci ildə isə bu hədd illik gəliri 18 min dinardan (28,38 min dollar) az olan ailələrə şamil ediləcək. Fərdlərə aid vergi azadolmalarının həddinin isə 2019-cu il üçün 10 min dinar (14,1 min dollar), 2020-ci il üçünsə 9 min dinar (12,69 min dollar) olması nəzərdə tutulur. Qanunun qüvvəyə minməsi üçün Senatdan keçməsi və Kral tərəfindən təsdiq edilməsi tələb olunur. Bundan sonra qanun 30 gün ərzində qüvvəyə minəcək. Qeyd edək ki, gəlir vergisi ilə bağlı Bey­nəl­xalq Valyuta Fondunun (BVF) tövsiyəsi ilə gündəliyə gətirilmiş hüquqi tənzimləmə may ayından bəri hökumətin gündəliyindədir və ictimaiyyət arasında geniş maraq doğurur. BVF İordaniya hökumətindən 100 milyon dinara (141 milyon dollar) çatan vergi qaçaqçılığına qarşı tədbir görməyi və büdcəyə 180 milyon dinar (253,8 milyon dollar) vəsait cəlb etməyi tövsiyə edir.