Ticarət və xidmət obyektlərində monitorinqlər keçirilib

2021.03.05 17:35 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə martın 4-də keçirdiyi monitorinqlər zamanı Nərimanov rayonunda Vüqar Quliyevə məxsus pərakəndə ticarət obyektində, Yasamal rayonunda "Starex" MMC-yə məxus mağazada, Xəzər rayonunda “Oba market”də, Xədicə Orucovaya məxsus pərakəndə ticarət obyektində, Xətai rayonunda “Rose geyim mağazası”nda, Binəqədi rayonunda "M Bulak Bank Olmayan Kredit Təşkilatı” MMC-də, Nəsimi rayonunda "Dynamex" MMC-də, ümumilikdə, 7 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.