Sahibkarlıq fəaliyyətindən gəlir əldə etməyən qeyri-kommersiya təşkilatı aldığı əvəzsiz köçürmələri, üzvlük haqlarını və ianələri "Mənfəət vergisinin bəyannaməsi"nin müvafiq sətirlərində əks etdirməklə vergi orqanına təqdim etməlidirmi?
Vergi Məcəlləsinin 149.1.5-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları tərəfindən "Mənfəət vergisinin bəyannaməsi"nin təqdim olunması nəzərdə tutulduğundan, sahibkarlıq fəaliyyətindən gəlir əldə etməyən qeyri-kommersiya təşkilatlarının bəyannamə vermək öhdəliyi yaranmır.
Əsas: Vergi Məcəlləsi, 149.1.5-ci maddə