Azərbaycanda sahibkarların 21,3 faizi qadınlardır

2021.03.05 13:48 (UTC+04:00)

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir.

Dövlət Statistika Komitəsindən bildirilib ki, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29 faiz, sahibkarlar arasında isə 21,3 faizdir.