Fevralda Milli Depozit Mərkəzi 53 milyon manatadək kupon ödənişləri həyata keçirib

2021.03.05 13:25 (UTC+04:00)

Ötən ay ərzində Milli Depozit Mərkəzi (MDM) ödəniş agenti qismində ümumilikdə 61 investor üzrə 52 milyon 924 min 29 AZN məbləğində kupon ödənişlərini həyata keçirib.

Mərkəzdən bildirilib ki, Maliyyə Nazirliyinin 10 istiqraz buraxılışı üzrə kupon ödənişlərinin ümumi məbləği 52 milyon 883 min 667 AZN, “BOKT Embafinance” QSC-nin 1 istiqraz buraxılışının kupon ödənişinin ümumi məbləği 13 min 750 AZN, “Bank BTB” ASC-nin 1 istiqraz buraxılışının kupon ödənişinin ümumi məbləği 562 AZN, “Ferrum Kapital” MMC-nin 1 istiqraz buraxılışı üzrə kupon ödənişinin ümumi məbləği isə 26 min 50 AZN təşkil edib.