“Azeri Light” neftinin qiyməti 68 dollara yaxınlaşır

2021.03.05 12:21 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşır.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,95 dollar artaraq 67,70 dollar təşkil edib. Bu, son 13 ayın maksimum göstəricisidir.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.