Argentina ilə investisiya sahəsində tərəfdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılıb

2021.03.04 17:22 (UTC+04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, müzakirələr Argentinanın Azərbaycandakı səfiri Sergio Perez Gunella ilə görüşdə aparılıb.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, iqtisadiyyatın şaxələndirilməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə təşviqi və ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Səfir Sergio Perez Gunella ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Argentina ilə qarşılıqlı ixrac və investisiya sahəsində tərəfdaşlığın gücləndirilməsi barədə müzakirələr aparılıb.