Hüquqi şəxslər paytaxt əhalisinə 203,7 milyon manatlıq xidmət göstərib

2021.03.04 17:09 (UTC+04:00)

Yanvar ayında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 35,6 faiz azalaraq 306,4 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, ay ərzində hüquqi şəxslər tərəfindən əhaliyə 203,7 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 66,5 faizini təşkil edib.