Ötən il idxalın 59 faizi gömrük rüsumundan azad edilib

2021.03.04 12:25 (UTC+04:00)

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, keçən il idxalın 41 faizi gömrük rüsumuna cəlb edilib, 59 faizi isə rüsumdan azad olunub. Belə ki, idxal rüsumundan azad olunan malların dəyəri 6 milyard 331 milyon 856 min ABŞ dolları, rüsuma cəlb olunanların dəyəri isə 4 milyard 398 milyon 864 min dollar təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycanda idxal əməliyyatlarının dəyəri 10 milyard 730,7 milyon dollar olub.