Ölkəmizdə pensiyaların orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə daha 10 faizədək artaraq 330 manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 361, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 267 manat təşkil edir.
Bu artımı əsasən cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması təmin edib.
Ümumilikdə 2018-ci ilin əvvəlinə nisbətən pensiyaların orta aylıq məbləği 60 faiz artıb.