KOBİA sahibkarlara müraciət edib

2021.03.03 15:25 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, mayın 5-7-də Özbəkistanın paytaxtı Daşkənddə 12-ci "TechTransExpo-2021" beynəlxalq sərgisi keçiriləcək. Sərginin təşkilində məqsəd yol-nəqliyyat infrastrukturu sektorunun iştirakçılarını, idxalçıları və ixracatçıları bir araya gətirməkdir.

"TechTransExpo-2021" sərgisində iştirak etməkdə maraqlı olan Azərbaycan sahibkarları aşağıdakı əlaqə vasitələrindən istifadə edərək ətraflı məlumat əldə edə, tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Telefon: +998 93 501 02 78
E-mail: sales4@ieg.uz
Sayt: www.ieg.uz