Gömrük Komitəsi bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb

2021.03.03 15:08 (UTC+04:00)

Gömrük Komitəsi 2 ayda büdcəyə əlavə 77,74 milyon manat köçürüb.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.

“İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 faiz əməl edib. Nəzərdə tutulan proqnozdan əlavə 77,74 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub”, - deyə S.Mehdiyev qeyd edib.