Cari ildə Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 3,5 milyon dollar gəlir əldə edib

2021.03.03 12:25 (UTC+04:00)

Yanvar-fevral aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 3 milyon 538 min ABŞ dolları olub.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Xatırladaq ki, 2020-ci ildə Neft Fondunun “Şahdəniz” qazı və kondensatının satışından gəliri 293,9 milyon dollar təşkil edib.