Azərbaycan Hesablama Palatası ilə Türkiyə Cümhuriyyəti Sayıştay Başkanlığı arasında həmkar qiymətləndirməsi çərçivəsində Türkiyə Cümhuriyyəti Sayıştay Başkanlığının nümayəndə heyəti Azərbaycana səfər edib.
Hesablama Palatasından bildirilib ki, görüşdə dost dövlətlərin ali audit orqanlarının birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, həmkar qiymətləndirməsinin məqsədi Hesablama Palatasının maliyyə, uyğunluq və səmərəlilik (performans) auditləri daxil olmaqla ümumilikdə audit fəaliyyətinin cari vəziyyətinin audit metodologiyası çərçivəsində qiymətləndirilməsi və müəyyən olunan fərqlərin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi ilə bağlı tövsiyələrin verilməsidir.
Görüş zamanı Türkiyə Cümhuriyyəti Sayıştay Başkanlığının əməkdaşları tərəfindən hər üç formada auditlərin müxtəlif meyarlar üzrə qiymətləndirilməsi məqsədilə ümumilikdə yeddi audit hesabatının İNTOSAİ tərəfindən qəbul edilən beynəlxalq audit standartlarına (İSSAİ) uyğunluğu araşdırılıb, görülmüş işlərin ilkin nəticələri təqdim olunub və nəzərdən keçirilmiş hesabatlar ətrafında müzakirələr aparılıb.