Kərə yağı və süddən hazırlanan digər yağların idxalı artıb

2021.03.02 18:12 (UTC+04:00)

Yanvar ayında ölkəyə 1070 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, idxal edilən yağların dəyəri 5,3 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin eyni ayında dəyəri 4,9 milyon dollar olmaqla 1007 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal edilib.