Yanvarda ölkədən 10,4 min ton pambıq lifi və 1,4 min ton pambıq ipliyi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 14,3 milyon dollar, pambıq ipliyinin dəyəri isə 3,2 dollar olub.
Xatırladaq ki, 2020-ci ilin yanvarında dəyəri 10,5 milyon dollar olmaqla 7,8 min ton pambıq lifi və dəyəri 2,9 milyon dollar olan 1,2 min ton pambıq ipliyi ixrac edilib.