İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) yanvar ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında aparıcı şirkətlərin adlarını açıqlayıb.
İİTKM-in “İxrac İcmalı”nın fevral sayında bildirilir ki, 2021-ci il üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "Almeyvə" MMC, "Baku Steel Company", "Critical Fruit" MMC, “Aqrovest” MMC, "Sun Food" MMC, "Land Lojistic" MMC, "P-Aqro" MMC, "Metal Trader LTD" MMC və "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına “SOCAR Polymer” MMC və SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir. Siyahıda növbəti yerlərdə “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ASC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC və "Azərbaycan Hava Yolları" QSC qərarlaşıb.