Cari ildə ölkədən 37 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilib

2021.03.01 15:52 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilib ki, yanvar-fevral aylarında pambıq lifi ixracı 14,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,8 milyon, kimya sənayesi məhsullarının ixracı 3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 7,8 milyon, pambıq ipliyi ixracı 3,2 milyon, spirtli və spirtsiz içkilərin ixracı 1 milyon, şəkər ixracı 1,5 milyon, bitki və heyvan mənşəli piylər və yağların ixracı 1,7 milyon, çay ixracının dəyəri 760 min dollar təşkil edib.