Cari ilin yanvar ayında Azərbaycandan 1,6 milyard dollar, o cümlədən qeyri-neft sektoru üzrə 146 milyon dollar dəyərində ixrac reallaşdırılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilib ki, qeyri-neft sektoru üzrə ixrac əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 milyon dollar və ya 3,7 faiz artıb.
Ay ərzində Türkiyəyə 52,7 milyon, Rusiyaya 42,8 milyon, İsveçrəyə 10 milyon, Gürcüstana 6,4 milyon və Çinə 4,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub.