AZƏRTAC xəbər verir ki, martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.
Sonra Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub.
Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Həmin gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın da açılışı olub.
Dövlətimizin başçısı tədbirdə iştirak edib.