Əcnəbilər yanvarda bank kartları ilə ölkəmizdə 25 milyon manatlıq əməliyyatlar aparıblar

2021.03.01 14:21 (UTC+04:00)

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk ayında da davam edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında xəbər verilir ki, 2021-ci ilin yanvar ayında 105 ölkədən Azərbaycana 36,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Yanvarda xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 25 milyon manat təşkil edib.