“Bir Pəncərə” Mərkəzi ilə fevralda 20,1 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib

2021.03.01 14:07 (UTC+04:00)

Fevral ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20,1 milyon ABŞ dolları olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında xəbər verilir ki, 2017-ci ildən cari ilin mart ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 502,2 milyon ABŞ dolları təşkil edib.