Yanvarda “Azexport.az” portalına 53,9 milyon dollarlıq ixrac sifarişləri daxil olub

2021.03.01 14:00 (UTC+04:00)

Cari ilin yanvar ayında “Azexport.az” portalına 53,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında xəbər verir ki, yanvarda “Azexport.az” portalına ən çox ixrac sifarişi fındıq, toyuq əti, pambıq yağı, toyuq yumurtası, pambıq mahlıcı, biyan kökü, nar şirəsi və toxumu, kərə yağı, sarımsaq, şərab, çay, boya, kosmetik vasitə, xurma, diaqnostika cihazı və sair mallara daxil olub.

2017-ci ilin yanvarından cari il yanvarın 31-dək (49 ay ərzində) “Azexport.az” portalına 143 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 250 milyon dollar təşkil edib.