Cari ildə ölkə regionları üzrə "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, sahibkarların maraqlarının müdafiəsi, maarifləndirilməsi, investisiya təşəbbüslərinin reallaşdırılması üçün onlara yerində dəstək və xidmətlər göstərən "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər 2020-ci ildə də davam etdirilib. Dördü ötən il olmaqla KOB dostlarının sayı ümumilikdə 25-ə çatdırılıb.