Yaxın günlərdə Yevlaxda KOB evinin açılması nəzərdə tutulur.
Bu barədə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib.
“Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində 2020-ci ilin fevralında Xaçmaz şəhərində ilk KOB evi fəaliyyətə başlayıb. Ötən il Xaçmaz KOB evində sahibkarlıq subyektlərinə 95 faizi dövlət-biznes (G2B) və 5 faizi biznes-biznes (B2B) xidmətlər olmaqla 20 min 759 xidmət göstərilib. Göstərilən xidmətlərin məmnunluq səviyyəsi 98 faizdir. Hazırda Xaçmaz KOB evində 9 dövlət qurumu tərəfindən 150-dək G2B, 8 özəl şirkət tərəfindən 100-dək zəruri B2B xidmətlər göstərilir. Yaxın günlərdə Yevlax şəhərində KOB evinin açılması nəzərdə tutulur. Bakı KOB evinin təşkili istiqamətində isə işlər davam etdirilir”, - deyə o qeyd edib.