Ərzaq, içkilər və tütün məmulatlarının istehlak qiymətləri indeksi artıb

2021.03.01 10:44 (UTC+04:00)

Yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 101,4 faiz, 2020-ci ilin yanvar ayı ilə müqayisədə isə 104,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvarında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi keçən ilin dekabr ayı ilə müqayisədə 102,5 faiz, 2020-ci ilin yanvar ayı ilə müqayisədə isə 103,5 faiz olub.