Yanvarda 13 min tonadək qara metallar və ondan hazırlanan məmulatlar ixrac edilib

2021.02.27 15:04 (UTC+04:00)

Ötən ay ölkədən 12,8 min ton qara metallar və ondan hazırlanan məmulatlar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən qara metallar və ondan hazırlanan məmulatların dəyəri 7,7 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin yanvarında dəyəri 3,6 milyon dollar olmaqla 5,2 min ton qara metallar və ondan hazırlanan məmulatlar ixrac edilib.