Çində yoxsulluğa qarşı mübarizə çərçivəsində keçən il 15,84 milyard dollar vergi güzəşti edilib

2021.03.01 18:30 (UTC+04:00)

2020-ci ildə Çində yoxsulluğa qarşı mübarizənin gücləndirilməsi çərçivəsində vergi və yığımların həcmində 102 milyard yen (15,84 milyard dollar) azalma olub. Bu göstərici 2015-ci ildən bəri 30 faiz təşkil edir.

Çin ərazisində yoxsulluqla mübarizə məqsədi daşıyan məhsulların istehsalı ilə məşğul olan 4500-dən çox şirkətin ümumi satış dövriyyəsi 2020-ci ildə 32,9 faiz artıb ki, bu göstərici 2019-cu ilin göstəricisi ilə müqayisədə 19,4 faiz yüksəkdir. Çinin Dövlət Vergi Administrasiyasının açıqlamasında bunun yoxsulluğun istehlak hesabına azaldılması sahəsində dövlətin qətiyyətli addımlarının uğurlu olduğunu nümayiş etdirdiyi vurğulanıb.

Qeyd edək ki, Çində yoxsulluğa qarşı genişmiqyaslı mübarizə proqramının icrasına 2012-ci ildə başlanıb. O vaxtdan bəri keçən doqquz il ərzində hazırkı gəlir səviyyəsinə görə kənd ərazilərinin yoxsulluqdan çıxdığı və yoxsul inzibati bölgələrin hamısının siyahıdan çıxarıldığı bildirilir.