Ölkəyə gətirilən məhsulların 19,6 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

2021.02.26 16:05 (UTC+04:00)

Yanvarda Azərbaycana idxal olunan məhsulların 19,6 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, idxalın 64,4 faizini avtomobil, 11,2 faizini hava, 4,7 faizini dəniz nəqliyyatı, 0,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql olunan yüklər təşkil edib.