Yanvarda rabitə xidmətlərinin qiymət indeksi 100 faiz olub

2021.02.26 14:34 (UTC+04:00)

Cari ilin yanvar ayında rabitə xidmətlərinin qiymət indeksi əvvəlki aya nisbətən 100 faiz olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ay 2020-ci ilin dekabrı ilə müqayisədə poçt və kuryer xidmətlərinin qiymət indeksi isə 0,2 faiz artıb.