"İqtisadi zona" proqramının 24 fevral 2019-cu il tarixli buraxılışı Video

2019.02.27 18:21 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında həftənin iqtisadi mənzərəsi, "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda vergi forumu, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilmiş beynəlxalq forumu, ölkədə qiymətlərin tənzimlənməsi ilə bağlı görülən tədbirlər, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 5-ci toplantı barədə süjetlər təqdim edilib.

Proqramın qonağı – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Anar Quliyevlə söhbətin mövzusu Azərbaycan Respublikası Prezidentinin "Çoxmənzilli binaların istismarına icazə verilməsi barədə" fərmanı ilə bağlı olub.