Yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,2 milyard manatlıq, o cümlədən 1,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları sahəsində isə 1,8 faiz artıb.