ATV ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında həftənin rəsmi xronikasına, Prezident İlham Əliyevin Azərbaycanla Türkiyə hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə barədə ötən il fevral ayında imzalanmış sazişə dəyişikliyi təsdiq etməsi, Ankarada Azərbaycanla Türkiyə arasında iqtisadi münasibətlərin aktual məsələlərinə hər olunmuş biznes forumuna, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun yenidən istismara verilməsinin iqtisadi perspektivləri, dünya bazarında neftin qiymətinin artmasının Azərbaycan iqtisadiyyatına təsiri barədə süjetlər nümayiş etdirilib.
Proqramın qonağı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli dövlət xidmətinin fəaliyyətinin əsas istiqamətləri barədə maraq doğuran suallara aydınlıq gətirib.