Yanvarda Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ay ərzində ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 30 milyon ABŞ dolları, Səudiyyə Ərəbistanı ilə 1,8 milyon dollar, BƏƏ ilə 1 milyon dollar olub. İran və Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq ayına nisbətən artıb, BƏƏ ilə azalıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 28,3 milyon dollar, Səudiyyə Ərəbistanından 1,7 milyon dollar, BƏƏ-dən isə 885 min dollar təşkil edib. İran və Səudiyyə Ərəbistanı ilə idxal əməliyyatları artıb, BƏƏ ilə isə azalıb.