Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin adları açıqlanıb

2021.02.25 13:04 (UTC+04:00)

Yanvarda Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, İran və Malayziya olub.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlara görə, ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 261,1 milyon ABŞ dolları, İranla 30 milyon dollar, Malayziya ilə 9,6 milyon dollar təşkil edib. 2020-ci ilin eyni ayına nisbətən hər üç ölkə ilə ticarət dövriyyəsi artıb.