Özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi azalıb

2021.02.25 12:28 (UTC+04:00)

Yanvarda özəl şirkətlərə məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi azalıb.

Keçən ay qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2020-ci ilin yanvar ayına nisbətən 15,1 faiz azalıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 75,8 faiz təşkil edib.