Azərbaycan neftinin bir bareli 66,77 dollara satılır

2021.02.25 11:33 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,65 dollar artaraq 66,77 dollar təşkil edib. Bu, ötən ilin yanvarından bəri maksimum göstəricidir.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.