Yanvarda satılmış məhsulların və göstərilmiş xid

2021.02.25 10:36 (UTC+04:00)

Cari ilin yanvar ayında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 3,8 milyard manat olmaqla 2020-ci ilin eyni ayına nisbətən müqayisəli qiymətlərlə 8,2 faiz azalıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin yanvar ayı ilə müqayisədə 8 faiz azalaraq 3,7 milyard manata bərabər olub, onun 47,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Ay ərzində bir istehlakçı orta hesabla 382 manat və ya 2020-ci ilin yanvar ayının göstəricisindən nominal ifadədə 20,5 manat az vəsait xərcləyib.