2021-ci ilin yanvar ayında istifadə olunan kartların ümumi sayı artaraq 9 milyon 413 min ədədə çatıb: ötən ilin dekabrında bu göstərici 9 milyon 230 min ədəd olmuşdu.
Mərkəzi Bankın hesabatına əsasən, ilk ayda həm əməkhaqqı kartlarının sayı 2 milyon 525 min, sosial kartların sayı isə artaraq 3 milyon 414 min ədəd təşkil edib. Kredit kartlarının sayı yanvar ayında 12 min ədəd artaraq 1 milyon 105 minə çatıb.
Qeyd edək ki, 2020-ci ildə debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların ümumi həcmi 28 milyard 951 milyon manat, 2021-ci ilin ilk ayında kartlarla aparılan əməliyyatların ümumi məbləği isə 2 milyard 237 milyon manat olub.