2020-ci ildə dövlət satınalmaları əvvəlki ilə nisbətən 14,8 faiz artaraq 6,6 milyard manata yaxın olub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 2,3 milyard manat təşkil edib. KOB-ların dövlət satınalmalarında daha geniş iştirakı təşviq olunacaq.