Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

2021.02.24 14:59 (UTC+04:00)

Fevralın 24-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101089S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99.5167 AZN (6.24 faiz) və 99.5543 AZN (5.76 faiz) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 642 milyon 319 min 100 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.5543 AZN (5.76 faiz), orta ölçülmüş qiyməti isə 99.5543 AZN (5.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib. Notlar martın 24-də ödəniləcək.