Bank sektorunun aktivləri fevralın 1-nə 31 milyard 944,8 milyon manat təşkil edib.
Mərkəzi Bankından (AMB) bildirilib ki, hesabat dövründə bank sektorunun öhdəlikləri 27 milyard 224,1 milyon manat olub. Öhdəliklərin 20 milyard 288,5 milyon manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib. Depozitlərin 8 milyard 79,6 milyon manatı fiziki şəxslərin depozitlərinin payına düşüb.
Bu dövrdə bank sektorunun cəmi kapitalı 4 milyard 720,7 milyon manat olub.