“Məşğulluğa dəstək layihəsi”nin icra edilməsinə başlanıb

2021.02.23 13:40 (UTC+04:00)

Dövlət Məşğulluq Agentliyinin məlumatında bildirilir ki, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır. İşsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin layihəyə cəlb edilməsi nəzərədə tutulub. Onlar üçün Dünya Bankının dəstəyi ilə kiçik biznes imkanları yaradılacaq.

2021-2025-ci illəri əhatə edəcək layihə üzrə qeyd edilən kateqoriyalardan olan 22 min işsiz şəxsin, o cümlədən bu il 6 min işsiz şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulub.