Cari ilin yanvarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 346,5 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 337,1 milyon manatı (97,3 faizi) Birləşmiş Krallıq, ABŞ, Norveç, Türkiyə, Yaponiya, Hindistan, Malayziya, İran və Rusiya sərmayədarlarına məxsus oluub.
2021-ci ilin yanvar ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 54,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7 faizini əsaslı təmir, 9 faizini cari təmir, 29,3 faizini isə digər tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 90,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.