ABŞ Ali Məhkəməsi Trampın vergi hesabatlarının açıqlanması barədə qərarı təsdiqləyib

2021.02.24 16:24 (UTC+04:00)

Yanvar ayının 20-də prezidentlik səlahiyyətləri başa çatmış Donlad Trampa ABŞ Ali Məhkəməsindən pis xəbər gəlib. Oktyabr ayından hazır olan qərarını açıqlayan Ali Məhkəmə Nyu-York Federal Zona Məhkəməsi tərəfindən aparılmış təhqiqat çərçivəsində Doland Trampın keçmişə aid vergi hesabatlarının açıqlanmasına imkanı verən qərarı təsdiqləyib. Məhkəmənin qərarı ilə bağlı hər hansı interpretasiya və ya şərhə yol verilmir.

Qeyd edək ki, Ali Məhkəməyə Donald Trampın özü müraciət etmişdi. O, vergi hesabatlarının prokurorluğa təqdim edilməsi ilə bağlı qərar vermiş Nyu-York Apelyasiya Məhkəməsinin qərarının qüvvəyə minməsinin dayandırılmasını xahiş etmişdi. Ali Məhkəmə hakiminin vəzifəsinin icrasına başlaması ilə bağlı qərar bir müddət təxirə salınmışdı.

Nyu-York Federal Məhkəməsi 2019-cu ildə açdığı cinayət işində Donald Trampın 2016-cı il seçkilərində rüşvət aldığı iddiaları ilə bağlı başladığı təhqiqat çərçivəsində 8 illik vergi bəyannamələrini açıqlamasını tələb etmişdi.